Ukraynadan təxliyə edilən azərbaycanlılar Rumıniyaya çatdı - FOTO 

Hazırda oxunan: Ukraynadan təxliyə edilən azərbaycanlılar Rumıniyaya çatdı - FOTO 

63075

Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşları gün gecə saat 01:30-da qatarla Rumıniyaya gəliblər.  

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı sözügedən ölkədə yaşayan diaspor fəalı Vaqif Həsənov “Facebook” hesabında yazıb. 

“Hazırda azərbaycanılar Rumıniya tərəfinin ayırdığı müvəqqəti sığınacaqlarda yerləşdirilib. Çox qısa bir zamanda Azərbaycan Dövləti həmvətənlərimizi Vətənə yola salacaq”, - deyə o qeyd edib. 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişə nəticəsində Ukraynada yaşayan Azərbaycan vətəndaşları Polşa, Moldova və Rumıniya vasitəsilə ölkəyə gətirilirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO