Zelenski Putinə səsləndi: "Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma..." - VİDEO

Hazırda oxunan: Zelenski Putinə səsləndi: "Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma..." - VİDEO

63039

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə xarici jurnalistlərə müsahibə verib.

Bizim.Media xəbər verir ki, o, müharibəni dayandırmaq üçün rusiyalı həmkarı Vladimir Putnilə birbaşa danışıqlara hazır olduğunu deyib:

"Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış. Biz sənin üçün təhdid deyilik, biz terrorçu deyilik".

V.Zelenski müharibəni dayandırmaq üçün danıqların vacib olduğunu vurğulayıb:

“Bu müharibəni dayandırmaq üçün başqa bir yol... Çünki mən Putinlə danışmağa məcburam. Çox dürüst davranıram. Bütün problemlərin fərqindəyəm. Prezident Putinin dilə gətirdiyi narahatlıqların fərqindəyəm. Biz danışmalıyıq. Heç bir ön şərt olmadan, kişi kimi danışmağa məcburuq. Ona nə olub, bilmirəm, amma hərəkətlərinə baxanda marağımı çəkən şeylər var. Hər şeyi danışmaq istəyirəm".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO