Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

Hazırda oxunan: Almaniya 2022-ci ildən bəri 400-ə yaxın Rusiya vətəndaşını ölkədən çıxarıb

630218

Almaniya 2022-ci ilin fevralından bəri 80-dən çox rusiyalı diplomatı ölkədən deportasiya edib. 

Bizim.Media xəbər verir ki, Bild qəzetinin məlumatına görə, onların əksəriyyəti diplomatik status altında fəaliyyət göstərən Rusiya kəşfiyyatının əməkdaşları olub.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, müharibənin başlanmasından sonra Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bundan başqa, həmin dövrdə daha 313 Rusiya vətəndaşı da ölkədən çıxarılıb.
 

Bildirilir ki, diplomatik statusu olan şəxslər Almaniya tərəfindən kəşfiyyat fəaliyyəti ilə əlaqəli hesab olunub. Sonuncu rusiyalı diplomatların ölkədən çıxarılması isə 2026-cı ilin yanvarında baş verib.

 

Hazırda Rusiyanın Almaniyada üç diplomatik nümayəndəliyinin olduğu bildirilir: Berlindəki səfirlik, Bonndakı baş konsulluq və Nürnberqdəki fəxri konsulluq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO