Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı sülhə məcbur etməyə yönəlmiş 40 günlük əməliyyatın ilk mərhələsinin başa çatdığını və nəticələrindən razı qaldığını bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski telemarafona müsahibəsində əməliyyatla bağlı hazırlıqların hələ ötən ilin sonunda təsdiqləndiyini deyib.
“Mən, əlbəttə ki, razıyam. Bizim logistik cavablarımız... Onların nə qədər itki verdiyini anlayırıq. Onların böyük problemləri var. Əlbəttə, onlar bizim logistika obyektlərimizə zərbələr endirirlər və xalqımız da bunu bilməlidir. Tarixlərə, Ukrayna obyektlərinə endirilən zərbələrə baxsanız, görərsiniz ki, onlar logistika sistemimizə zərbə vuranda biz də onların logistika mərkəzlərini məhv etmək üçün əməliyyata başlayırıq”, – Zelenski bildirib.
O, Rusiyanın uzun müddətdir Ukraynada hərbi olmayan hədəflərə zərbələr endirdiyini vurğulayıb.
“Əgər onlar bunu davam etdirsələr, biz onların bütün zəif nöqtələrini bilirik”, – Zelenski əlavə edib.
O, Rusiyaya qarşı əməliyyatın davam etdiyini də bildirib.
“Mən Rusiyaya Ukraynanın logistikasına zərbələr endirməyə davam etməyi məsləhət görməzdim. Çünki biz Rusiyada logistikanın nə olduğunu çox yaxşı öyrənmişik”, – Ukrayna Prezidenti xəbərdarlıq edib.
Bizim.Media





































































































