Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

Hazırda oxunan: Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

630052

ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Xanter Bayden atasının səhhəti ilə bağlı son məlumatları paylaşıb.

Bizim.Media xəbər verir ki, o, "BBC News" telekanalına verdiyi müsahibədə 83 yaşlı eks-prezidentin əziyyət çəkdiyi xərçəng xəstəliyinin sümüklərinə və digər orqanlarına yayıldığını (metastaz verdiyini), bunun güclü ağrılara səbəb olduğunu və ümumi vəziyyətini ağırlaşdırdığını bildirib.

"Bu, çox çətindir. Onun necə əziyyət çəkdiyini görmək olduqca kədərlidir", — deyə Xanter etiraf edib.

Xatırladaq ki, 2025-ci ildə Co Baydenə sümük toxumasına metastaz vermiş aqressiv prostat xərçəngi diaqnozu qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO