Zelenski: “Serbiya Ukraynaya yeni humanitar yardım paketi verəcək”

Zelenski: “Serbiya Ukraynaya yeni humanitar yardım paketi verəcək”

Hazırda oxunan: Zelenski: “Serbiya Ukraynaya yeni humanitar yardım paketi verəcək”

629994

Serbiya Ukraynaya səhiyyə və energetika sahələrində yeni humanitar yardım paketi vermək niyyətindədir.

Bizim.Media Serbiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz xalqımıza, şəhərlərimizə və icmalarımıza dözümlülük, bu müharibənin (Rusiya və Ukrayna arasındakı - red.) bütün çağırışlarına tab gətirmək və onların öhdəsindən gəlməyə kömək edə biləcək hər cür əməkdaşlığı inkişaf etdiririk. Biz Ukraynaya, xüsusən də səhiyyə və energetika sahələrində verilən yeni humanitar yardım paketinə görə Serbiyaya minnətdarıq. Bu, bizim üçün müstəsna əhəmiyyət kəsb edir", - Zelenski deyib.

O, həmçinin qeyd edib ki, görüş zamanı Vuçiçlə Ukraynanın qarşısında duran problemləri müzakirə edib.

Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukrayna Avropa İttifaqı (Aİ) ilə sıx əlaqələr saxlayır və Serbiyanın Aİ-yə daxil olması prosesinin sürətləndirilməsini alqışlayab.

Həmçinin plenar iclasdan sonra Serbiya Kənd, Meşə və Su Təsərrüfatı Nazirliyi ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti arasında heyvanların sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Müqavilələr müvafiq qurumların nazirləri tərəfindən imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO