Zelenski ilk dəfə Serbiyaya səfər etdi - FOTO

Zelenski ilk dəfə Serbiyaya səfər etdi - FOTO

Hazırda oxunan: Zelenski ilk dəfə Serbiyaya səfər etdi - FOTO

629900

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Serbiyaya səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Evropeyskaya pravda" nəşri Zelenskinin sosial şəbəkə hesablarına istinadən yayıb.

Zelenski səfərlə bağlı bildirib:

"Komandamla birlikdə Serbiyaya gəldim. Bu gün və sabah mühüm danışıqlar planlaşdırılır. Prezident Aleksandur Vuçiç və Baş nazir Curo Matsut ilə görüşəcəm. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Avropa İttifaqı ilə münasibətlər, xalqlarımızın xeyrinə ola biləcək digər məsələlər, eləcə də təhlükəsizlik mövzularını müzakirə edəcəyik. Ukrayna hər zaman konstruktiv, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır".

Məlumata görə, səfər çərçivəsində Zelenski serbiyalı həmkarı Aleksandur Vuçiç ilə təkbətək görüş keçirməlidir.

Xatırladaq ki, iyul ayında Aleksandur Vuçiç digər liderlərlə birlikdə "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak etmək üçün Kiyevə səfər etmişdi.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO