Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI

Hazırda oxunan: Livan-İsrail danışıqlarının 7-ci raundu BAŞLADI
629713
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 6-da Romada ABŞ-nin vasitəçiliyi ilə keçirilən Livan-İsrail danışıqlarının yeddinci raundunun son mərhələsi başlayıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, müzakirələr atəşkəs sazişinin həyata keçirilməsi mexanizmlərinə, İsrailin Livan ərazisindən çıxarılmasının başa çatdırılmasına və Livan ordusunun sərhəd bölgələrində yerləşdirilməsini gücləndirməyə yönəlib.

Bu, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin bir hissəsi olaraq, Vaşinqtonda keçirilən əvvəlki beş raunddan sonra Romanın ev sahibliyi etdiyi ikinci mərhələdir.

Beyrut və Tel-Əviv iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalayıb. Saziş İsrailin işğal olunmuş Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını, təyin olunmuş ərazilərdə pilot modelin tətbiqinə başlanmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO