Ötən gün Cənubi Koreyada havanın temperaturu +42,5 dərəcəyə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Koreya Meteorologiya Administrasiyasının məlumatlarına istinadən "Korea JoongAng Daily" qəzeti məlumat yayıb.
Bildirilib ki, Cənubi Koreyanın Yansan şəhərində ardıcıl beş gün ərzində 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.
Bununla da 1904-cü ildə qeydə alınmış rekord göstərici yenilənib.
Anormal isti dalğası fonunda hakimiyyət orqanları Çonnam və Gyeongnam əyalətlərindəki bir neçə ərazidə istilik xəbərdarlığı edib. Proqnoza görə, həddindən artıq isti bu həftə ölkə miqyasında yayılacaq və pik həddə çatacaq.
Bizim.Media































































































