Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya səfər edəcək

Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya səfər edəcək

Hazırda oxunan: Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya səfər edəcək

628954

ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə İrlandiyaya rəsmi səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Press Association məlumat yayıb. Səfər sentyabrın 12-də başlayacaq və azı iki gün davam edəcək.

Gözlənilir ki, Tramp ilk olaraq Kler qraflığında yerləşən, özünə məxsus Trump International Golf Links & Hotel qolf kompleksinə baş çəkəcək. Onun burada sentyabrın 13-də yekunlaşacaq Irish Open turniri ilə bağlı tədbirlərdə iştirak edəcəyi bildirilir.

Səfər proqramına həmçinin Dublinə ziyarət də daxildir. Lakin paytaxtda keçiriləcək tədbirlərin təfərrüatları hələ açıqlanmayıb.
 

Donald Trampın İrlandiyaya son səfəri 2023-cü ildə baş tutub. Həmin vaxt o, Dunbeqdə tərəfdarları tərəfindən ABŞ bayraqları və Make America Great Again (MAGA) simvolları ilə qarşılanmışdı.


Bununla yanaşı, Trampın 2019-cu ildə ABŞ Prezidenti kimi İrlandiyaya səfəri geniş etiraz aksiyaları ilə müşayiət olunmuşdu. Dublin küçələrinə ekoloji, solçu, fələstinpərəst, müharibə əleyhinə və digər ictimai hərəkatların nümayəndələri çıxmışdılar.

İrlandiyaya səfər edən son fəaliyyət göstərən ABŞ Prezidenti isə Co Bayden olub. O, 2023-cü ildə Belfast Sazişinin 25 illiyi münasibətilə Belfast, Dublin, Laut və Mayo qraflıqlarına səfər etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO