Pakistanda partlayış: Çoxlu sayda ölən və yaralanan var - VİDEO

Pakistanda partlayış: Çoxlu sayda ölən və yaralanan var - VİDEO

Hazırda oxunan: Pakistanda partlayış: Çoxlu sayda ölən və yaralanan var - VİDEO

628941

Pakistanda törədilmiş partlayış nəticəsində azı 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bizim.Media  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Dawn" qəzeti məlumat yayıb.

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində polis bölməsinin qarşısında terrorçu-kamikadze partlayış törədib.
 

Svati rayonunun polis rəisi Ömər Xan bildirib ki, polis əməkdaşları bölmənin girişində şübhəli şəxsi saxlamağa və üzərində axtarış aparmağa çalışarkən terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb.


Hadisə yerinin təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alındığı, araşdırma qruplarının işlədiyi qeyd olunur. Yaralılar yerli xəstəxanaya çatdırılıblar.

Qəzetin məlumatına görə, partlayış Svati vadisində terror fəaliyyətinin artmasına qarşı keçirilən kütləvi etiraz aksiyasının baş verdiyi Kabal-Çouk meydanının yaxınlığında qeydə alınıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO