Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

Hazırda oxunan: Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

628865

Fransanın ABŞ-a yeni səfir təyin etməsi diplomatik qalmaqalın mövzusuna çevrilib. Buna səbəb Fransanın BMT-dəki missiyasının ABŞ administrasiyasının narazılığına səbəb olan sərt paylaşımı olub.

Bizim.Media xəbər verir ki, Fransanın BMT missiyasının paylaşımında qeyd olunub:

“Birləşmiş Ştatlar bir vaxtlar insan hüquqları sahəsində nümunə idi. Bu gün isə artıq belə deyil. İndi onlar Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə birlikdə təcrid vəziyyətindədirlər. Dünya artıq onları dinləmir”.
 

Bu açıqlamadan sonra Vaşinqton Parisin hazırkı səfiri əvəz etmək üçün namizəd göstərdiyi, Fransa prezidenti Emmanuel Makrona yaxın diplomat Orelyen Leşevalyeyə aqreman (səfir təyinatına razılıq) vermək istəmir.


Onun namizədliyinə qarşı digər səbəblər arasında İsrailin Qəzza zolağındakı əməliyyatları ilə bağlı tənqidləri və ABŞ miqrasiya xidmətlərinin fəaliyyəti nəticəsində insanların ölümü ilə bağlı araşdırma aparılması çağırışları da göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO