Moskva partlayışında ölənlərin sayı 5-ə çatdı

Moskva partlayışında ölənlərin sayı 5-ə çatdı

Hazırda oxunan: Moskva partlayışında ölənlərin sayı 5-ə çatdı

628855

Moskvanın mərkəzindəki Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında törədilən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb.

Bizim.Media xəbər verir ki, terror aktının iki qurbanı xəstəxanada ölüb.

Medianın məlumatına görə, altıdan çox insanın vəziyyəti ağırdır və həkimlər onların həyatlarının xilas etmək uğrunda mübarizəni davam etdirirlər.
 

Avqustun 1-də “Balzi Rossi” restoranında partlayış baş verib. Rusiya Milli Terrorla Mübarizə Komitəsinin məlumatına görə, naməlum bir qadın müəssisəyə əldəqayırma partlayıcı qurğu keçirməyə cəhd edib. Təhlükəsizlik işçisi onu girişdə saxlayıb və həmin an partlayış baş verib.


Mühafizəçi, müştərilərdən biri və partlayıcı qurğunu gətirən qadın hadisə yerində həlak olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO