Ukrayna daha bir F-16 qırıcısını itirdi – Sayı 4-ə ÇATDI

Ukrayna daha bir F-16 qırıcısını itirdi – Sayı 4-ə ÇATDI

Hazırda oxunan: Ukrayna daha bir F-16 qırıcısını itirdi – Sayı 4-ə ÇATDI
628352
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Hərbi Hava Qüvvələri daha bir F-16 qırıcısının döyüş tapşırığı zamanı qəzaya uğradığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, məlumatda bildirilir ki, təyyarə Rusiya hava hədəflərinin qarşısını almaq missiyası zamanı göyərtədə yaranan nasazlıq səbəbindən qəzaya uğrayıb.

Pilot katapult edərək xilas olub və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya çatdırılıb.

Təyyarənin yaşayış məntəqələrindən kənara düşdüyü, hadisə nəticəsində mülki əhali arasında ölən və ya yaralanan olmadığı qeyd edilib.

Bu, Ukraynaya F-16-ların verilməsindən sonra itirilən dördüncü belə qırıcıdır. Hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Ukrayna F-16 qırıcılarını əsasən Rusiya tərəfindən buraxılan qanadlı raketlərin və pilotsuz uçuş aparatlarının qarşısının alınması üçün istifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO