ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Moskvanın neft ixracını dayandırmayacağını iddia edib.
Bizim.Media xəbər verir ki, Consonun sözlərinə görə, Çin, Hindistan və digər ölkələr Rusiya neftinə ehtiyac duyduqları üçün ABŞ-ın iqtisadi sanksiyalarını müxtəlif yollarla aşmağa davam edəcəklər.
O bildirib ki, dünya bazarında Rusiya neftinə alternativ mənbələr kifayət qədər olmadığına görə, ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər bu ticarəti tam dayandıra bilməyəcək.
Keçmiş CIA analitiki həmçinin müharibənin gedişatı ilə bağlı proqnoz verərək, sonda Rusiyanın Kiyevə nəzarət edəcəyini iddia edib. Onun fikrincə, bunun bu il baş verib-verməyəcəyini söyləmək çətin olsa da, hadisələrin həmin istiqamətdə inkişaf etdiyini və Ukrayna ilə Qərbin bunun qarşısını ala bilməyəcəyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:19 / 30.07.2026
CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO
Hazırda oxunan: CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO
Hazırda oxunan: CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO
628349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































