Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevə “Patriot” zenit-raket kompleksləri üçün raketlərin istehsalına lisenziya verilməsinə razılıq verdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, iyulun 28-də Vaşinqtonda Donald Trampla keçirilən qapalı görüş zamanı bu məsələ müzakirə olunub və ABŞ Prezidenti lisenziyanın verilməsinə razılıq ifadə edib.
Ukrayna lideri əlavə edib ki, o, ABŞ hərbi sənaye şirkətlərinin nümayəndələri ilə də görüşüb və raketlərin birgə istehsalına ümid etdiyini bildirib.
Qeyd edək ki, Tramp iyulun 8-də Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Zelenski ilə görüşündə Vaşinqtonun “Patriot” sistemlərinin istehsalı üzrə lisenziyanı Ukraynaya verməyə hazır olduğunu bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:05 / 29.07.2026
Zelenski: Trampla “Patriot” raketləri ilə bağlı razılığa gəldik - VİDEO
Hazırda oxunan: Zelenski: Trampla “Patriot” raketləri ilə bağlı razılığa gəldik - VİDEO
Hazırda oxunan: Zelenski: Trampla “Patriot” raketləri ilə bağlı razılığa gəldik - VİDEO
628101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































