Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

Hazırda oxunan: Ukrayna hər ay ABŞ-ın bir ildə planlaşdırdığından daha çox dron istehsal edir

627927

Ukrayna aylıq FPV-dron istehsalına görə ABŞ-ı xeyli qabaqlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Ukrayna 2026-cı ildə 6-7 milyon kiçik zərbə dronu istehsal etməyi planlaşdırır. Bu isə ayda təxminən 500 min FPV dron deməkdir.

Müqayisə üçün qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Drone Dominance proqramı çərçivəsində gələn ilin fevral ayına qədər 200 mindən az pilotsuz uçuş aparatı sifariş etməsi nəzərdə tutulur. Bunun üçün isə 1 milyard dollardan çox vəsait ayrılması planlaşdırılır.

ABŞ Müdafiə Nazirliyi etiraf edir ki, ölkənin pilotsuz uçuş aparatları sənayesi hələ inkişafın ilkin mərhələsindədir və bir sıra səbəblərə görə Ukraynanın istehsal sürəti ilə rəqabət apara bilmir.

Bununla belə, Pentaqon rəsmiləri gələcəkdə ABŞ-ın pilotsuz uçuş aparatlarının istehsalı sahəsində Ukraynanın səviyyəsinə çatacağını gözlədiklərini bildirirlər.

“ABŞ-ın bu sahədə də dünya liderinə çevrilməməsi üçün heç bir səbəb görmürəm. Sıfırdan başlayaraq istehsalı 200 minə çatdırmaq, daha böyük həcmdə dron istehsal edə biləcək daxili imkanlar formalaşdıqdan sonra istehsalı artırmaqdan qat-qat çətindir”, – deyə Pentaqon nümayəndələrindən biri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO