Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

Hazırda oxunan: Britaniyanın yeni baş naziri bu gün Zelenski ilə görüşəcək

627726

Böyük Britaniyanın yeni baş naziri Endi Bernem bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə hərbi bazada görüşəcək.

Bernemin sözlərinə görə, səfər Londonun Ukraynaya dəstək siyasətinin ardıcıl və qəti olduğunu nümayiş etdirmək məqsədi daşıyır.

Görüş zamanı tərəflər Ukraynada Böyük Britaniyada hazırlanmış pilotsuz uçuş aparatları (PUA) üçün bort radioelektron mübarizə (REM) sistemlərinin kütləvi istehsalına imkan verəcək saziş imzalayacaqlar. Bu sistemlər dronların Rusiyanın hava hücumundan müdafiə (HHM) vasitələrindən qorunmasına xidmət edəcək.
 

Görüş Böyük Britaniyanın əvvəlki baş naziri Kir Starmerin vəzifədə son xarici səfəri çərçivəsində Kiyevə səfərindən iki həftə keçməmiş baş tutacaq.


Zelenski bu gün verdiyi müsahibədə Böyük Britaniyada iri pilotsuz uçuş aparatları zavodu tikmək və ölkəyə yeni texnologiyalar təklif etmək istədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO