“WizzAir”dən ukraynalı qaçqınlara DƏSTƏK - 100 min pulsuz bilet ayrılır 

Hazırda oxunan: “WizzAir”dən ukraynalı qaçqınlara DƏSTƏK - 100 min pulsuz bilet ayrılır 

62770

Macarıstanın aşağı büdcəli aviaşirkəti Wizz Air Rusiyanın Ukraynada başladığı müharibədən qaçan ukraynalılara 100 min pulsuz bilet təqdim etmək qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, aviaşirkət bu barədə “Twitter” də məlumat yayıb.

"WizzAir” ukraynalı qaçqınların harada olmalarından asılı olmayaraq, təyinat yerlərinə çatmalarına kömək etməyə sadiqdir. Biz mart ayında Polşa, Slovakiya, Macarıstan və Rumıniyadan uçan qısamüddətli uçuşlarda 100 000 pulsuz yer təmin edirik", - məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO