Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

Hazırda oxunan: Braziliya ABŞ nümayəndə heyətinin səfərini ləğv etdi

627569

Braziliya hakimiyyəti ABŞ-dan olan nümayəndə heyətinin planlaşdırılan səfərini ləğv edib.

Bizim.Media “The New York Times” nəşrinə istinadən xəbər verir ki, buna səbəb kimi iki yüksək vəzifəli ABŞ Dövlət Departamenti əməkdaşına viza verilməməsi göstərilir.

Braziliya tərəfi hesab edir ki, həmin şəxslər ölkədə prezident seçkiləri ərəfəsində seçki sisteminə dair əsassız şübhələr yarada bilərdilər.
 

Braziliya hakimiyyəti səfərin səsvermənin nəticələrinə olan ictimai etimadı zəiflədə biləcəyindən narahat olub. ABŞ isə bildirib ki, səfərin məqsədi seçkilərin şəffaflığı, dini azadlıqlar və söz azadlığı məsələlərini müzakirə etmək olub.


Nümayəndə heyətinin prezidentliyə namizəd Flavio Bolsonaru ilə də görüş keçirməyi planlaşdırdığı bildirilir. O, daha əvvəl seçkilərdə saxtakarlıqla bağlı mübahisəli iddialarla çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO