Zelenskidən dünya yəhudilərinə ÇAĞIRIŞ: Ukrayna vətəndaşlarının öldürülməsinə səssiz qalmayın - VİDEO

Hazırda oxunan: Zelenskidən dünya yəhudilərinə ÇAĞIRIŞ: Ukrayna vətəndaşlarının öldürülməsinə səssiz qalmayın - VİDEO

62743

Ukrayna prezidenti Vladimir Zelenski bütün dünya yəhudilərini dinc ukraynalıların öldürülməsi barədə susmamağa çağırıb. 

Bizim.Media “Unian.net”ə istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib. 

"İndi mən bütün dünya yəhudilərinə müraciət edirəm: nə baş verdiyini görmürsünüzmü? Buna görə də çox vacibdir ki, hazırda siz - bütün dünyada olan milyonlarla yəhudi, səssiz qalmayasınız. Nasizm sükut içində doğulur. Ona görə də dinc insanların öldürülməsi barədə qışqırın. Ukraynalıların öldürülməsi barədə qışqırın” – deyə ölkə başçısı qeyd edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO