Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

Hazırda oxunan: Hindistanda etirazçı tələbələr məqsədlərinə çatdı: Təhsil naziri İSTEFA VERDİ - FOTO

627400

Hindistanın təhsil naziri Dharmendra Pradhan ölkədə günlərlə davam edən tələbə və gənclərin kütləvi etirazlarından sonra istefa verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, etirazlar ölkənin müxtəlif bölgələrində ali məktəblərə qəbul imtahanlarının suallarının əvvəlcədən sızdırılması iddialarından sonra başlayıb.

Gənclər hökuməti korrupsiyada, imtahan sistemini isə şəffaf olmamaqda ittiham edərək təhsil sahəsində islahatlar və nazirin istefasını tələb edirdilər.

Pradhan istefasını açıqlayarkən bildirib ki, qərarı gənclərin narahatlıqlarını nəzərə alaraq və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə verib.

Xatırladaq ki, Son həftələr Hindistanın bir sıra şəhərlərində keçirilən aksiyalar hökumətin sərt müdaxiləsi ilə müşayiət olunmuş, polis etirazçılara qarşı güc tətbiq etmişdi. Bu hadisələr ölkədə narazılığı daha da artırmışdı.



Aynur, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO