Kanadadan Rusiya gəmiləri ilə bağlı QADAĞA – Nazir açıqladı

Hazırda oxunan: Kanadadan Rusiya gəmiləri ilə bağlı QADAĞA – Nazir açıqladı

62739

Kanada öz daxili sularını və limanlarını Rusiyaya məxsus olan və ya Rusiyada qeydiyyata alınmış gəmilər üçün bağlayıb.

Bizim.Media Kanada KİV-lərinə istinadla xəbər verir ki, nəqliyyat naziri Omar Alqabranın sözlərinə görə, Kanada Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar müvafiq tədbirləri davam etdirəcək.

Omar Alqabra öz “Tvitter” səhifəsində yazıb: “Bu gün biz Kanada sularının və limanlarının Rusiyaya məxsus olan və Rusiyada qeydiyyata alınmış gəmilər üçün bağlanması ilə əlaqədar tədbirlər görürük. Biz Ukraynanı dəstəkləməkdə davam edəcəyik”.

Onun sözlərinə görə, Kanadanın sularına və limanlarına daxil olan Rusiya gəmilərinin sayı az olsa da, bu tədbir öz təsirini göstərəcək.
Bundan əvvəl Kanada Rusiyanın təcrid edilməsinə yönəlmiş bir sıra tədbirlər görüləcəyini elan edib. Kanadanın təbii ehtiyatlar naziri dünənki çıxışında bildirib ki, Ottava Rusiyadan xam neft, neft emalı məhsulları və başqa neft məhsulları idxalına qadağa qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO