Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırdı

Hazırda oxunan: Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırdı

62728

Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb, binaya yük daşımalarının təşkili üçün avtomobil gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı RİA Novosti-nin müxbiri yayıb. 

Mənbə yazır ki, Baş Konsulluğun binası yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları növbə çəkir:

“Vəziyyət sakitdir, ərazidə jurnalistlər və fotoqraflar var. Hasarın yanına bir neçə buket qərənfil və lalə qoyulub. Üç buket Ukrayna bayrağının rənglərində lentlərlə bağlanıb”.

Mühafizəçilərin dediyi kimi, diplomatlar dünən gecədən yola düşməyə başlayıblar. Qrafikə əsasən, Baş Konsulluq adətən saat 09.30-da işə başlayır. Ukrayna bayrağı hələ yerində dalğalanır. 

Təxminən saat onun yarısında bir nəfər Baş Konsulluğun binasına gül gətirib, mətbuatla əlaqə saxlamayıb.

Bir yük daşıma təşkilatı avtomobillə binanın həyətinə daxil olub. Həyətdə qapıların yanında çantalar və qutular görünür.

Çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov RİA Novosti-yə bildirib ki, Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşları martın 2-də Rusiyanı tərk edəcəklər.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin tapşırığı ilə ölkənin Xarici İşlər Nazirliyinin Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi proseduruna başladığı bildirilib. Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO