Aİ Rusiya ilə müharibə aparmır, lakin Ukraynanı dəstəkləyir - Borrel 

Hazırda oxunan: Aİ Rusiya ilə müharibə aparmır, lakin Ukraynanı dəstəkləyir - Borrel 

62707

Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə aparmır, lakin indiki vəziyyətdə Ukraynanı dəstəkləyir. 

Bizim.Media xəbər verir ki, bunu Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Cozep Borrell İspaniyanın “Cadena SER” radiosuna müsahibəsində söyləyib. 

“Sanksiyalar lazımdır, lakin sanksiyalar özlüyündə siyasət deyil, onlar şəraitə reaksiyadır, bizə həlli yolları lazımdır və bu həll yolları diplomatiya ilə əlaqələndirilməlidir” – deyə Borrel qeyd edib. 

Onun sözlərinə görə, nüvə müharibəsi haqqında danışmaq son dərəcə məsuliyyətsizlikdir:

“Avropa ordusunun yaradılması da hazırda gündəmdə deyil”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO