Dünyaca məşhur macar şahmatçı Yudit Polqar Macarıstan prezidenti vəzifəsinə namizəd olmaq təklifindən imtina edib.
Bizim.Media xəbər verir ki, o, ölkənin parçalanmış cəmiyyətini birləşdirmək kimi tarixi məsuliyyəti üzərinə götürməyə hazır olmadığını bildirib.
Macarıstanın baş naziri Peter Madyar Polqarın qərarına hörmətlə yanaşdığını deyib. Hazırda prezident postuna yeni namizədin kim olacağı açıqlanmayıb.
Qeyd edək ki, Yudit Polqar şahmat tarixində dünya reytinqinin ilk onluğuna daxil olmuş yeganə qadındır. O, karyerası ərzində dünya çempionu Harri Kasparovu da məğlub edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:11 / 21.07.2026
Məşhur şahmatçı Macarıstan prezidenti olmaqdan imtina etdi
Hazırda oxunan: Məşhur şahmatçı Macarıstan prezidenti olmaqdan imtina etdi
Hazırda oxunan: Məşhur şahmatçı Macarıstan prezidenti olmaqdan imtina etdi
626585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































