İranın orta məktəblərində yenə kütləvi zəhərlənmələr olub

İranın orta məktəblərində yenə kütləvi zəhərlənmələr olub

Hazırda oxunan: İranın orta məktəblərində yenə kütləvi zəhərlənmələr olub

625973

İranın Təbriz, Urmiya və Kərəc şəhərlərində bəzi məktəblərdə şagirdlər zəhərlənib.

Məlumata görə, onlar kimyəvi qazdan zəhərləniblər. Qeyd edilir ki, Təbrizdə hadisədən xəbər tutan valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər.

Zəhərlənmə hadisəsindən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmasına icazə verməyib, valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməmələrinə etiraz ediblər.

Hadisə ilə bağlı rəsmi açıqlama verilmir. Eyni zamanda zəhərlənən şagirdlərin sayı açıqlanmır.

Xatırladaq ki, İranda əsasən qızların təhsil aldığı orta məktəblərdə kütləvi zəhərlənmə halları 2022-ci ilin 30 noyabrında başlayıb. İndiyədək 250-yə yaxın məktəbdə 5 mindən çox şagird qidadan zəhərlənib.

Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, başağrısı və digər əlamətlər müşahidə olunur.

İranın Daxili İşlər Nazirliyi martın 11-də Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan və digər şəhərlərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələrində şübhəli bilinən 100-dən çox insanın saxlanıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO