Ukraynada azərbaycanlı gənc yanlışlıqla güllələndi

Hazırda oxunan: Ukraynada azərbaycanlı gənc yanlışlıqla güllələndi

62561

Ukraynanın Krivoy-Roq şəhərində azərbaycanlı gənc güllələnərək öldürülüb. 

Bizim.Media “Report”a istinadən xəbər verir ki, 35 yaşlı Mahmudov Eldar Ramzan oğlu şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində Ukrayna hərbçiləri tərəfindən vurulub. 

Belə ki, yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atəşə tutulub.

Nəticədə E. Mahmudov yerindəcə keçinib. Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası il həbs olunub, cinayət içi qaldırılıb. 

E. Mahmudov Ukrayna vətəndaşı olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO