“Facebook” və “TikTok”dan QADAĞA - Rusiya mediası bloklandı  

Hazırda oxunan: “Facebook” və “TikTok”dan QADAĞA - Rusiya mediası bloklandı  

62508

“Facebook” və “TikTok” öz platformalarında “Russia Today” və “Sputnik”ə girişi məhdudlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Facebook Meta” şirkətinin vitse-prezidenti Nik Kleq “ Twitter ” səhifəsində məlumat verib.

"Biz bir sıra hökumətlərdən və Aİ-dən dövlətin nəzarətində olan Rusiya mediasına qarşı əlavə tədbirlər görmək üçün müraciətlər almışıq. Mövcud vəziyyətin müstəsna xarakterini nəzərə alaraq, biz hələlik Aİ daxilində “RT” və “Sputnik”ə girişi məhdudlaşdıracağıq” – deyə Kleq qeyd edib.  

“TikTok” sözçüsü də “NPR”ə açıqlamasında sözügedən media qurumlarının Aİ ərazisində bloklandığını söyləyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO