Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyə olunacaq

Hazırda oxunan: Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyə olunacaq

62490

“Hazırda Ukraynanın qərbindəyik. İki qatarda 120 nəfər azərbaycanlı var”. 

Bizim.Media xəbər verir ki, bunu İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib. 

Onun sözlərinə görə, qatar, təxminən, 5-6 saatdan sonra Lvov şəhərinə çatacaq:  

“Yol boyu problem olmayıb, sakitlik idi. Yarım saatdan sonra Xarkovdan növbəti təxliyə olacaq. Bu dəfə də 250 nəfərə yaxın azərbaycanlı şəhəri tərk edəcək. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutur. Danışmışıq hazırda Xarkovda sakitlikdir. Ümumilikdə, son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyə olunub. Amma hələ də təxliyə olunmağı gözləyən kifayət qədər həmvətənimiz var. Onlar zirzəmilərə sığınıblar və təxliyələri heç də asan deyil”. 

S.Adıgözəlli bildirib ki, təxliyə olunanların qatar biletini Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pulsuz təşkil edib:

“Təxliyə olunanlar Lvova, Polşaya çatandan sonra Azərbaycana göndəriləcəklər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO