İsraildə parlament seçkiləri cari ilin oktyabrın 27-də keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Səsvermənin dəqiq vaxtı Knesset işləri üzrə komissiyanın iclası zamanı səsləndirilib. Tarixi komissiyanın rəhbəri, hakim "Likud" partiyasından olan parlamentari Ofir Kats açıqlayıb.
İsrail parlamentinin fəaliyyətdə olan 25-ci çağırışı öz mandatını tam həcmdə başa vuracaq və iyulun 17-də buraxılacaq.
Sonuncu dəfə vaxtından əvvəl seçkilər olmadan bütün səlahiyyət müddətini 1984-1988-ci illər ərzində 11-ci çağırış Knesset tam başa vurub, halbuki parlamentin bütün sonrakı tərkibləri öz fəaliyyətini vaxtından əvvəl dayandırıb.
Knessetin səlahiyyət müddəti dörd ildir. Hələ 2023-cü ilin aprelində İsrailin Mərkəzi Seçki Komissiyası müəyyən edib ki, parlamentin müəyyən olunmuş vaxtdan əvvəl buraxılmaması şərtilə, növbəti parlament seçkiləri 2026-cı il oktyabrın 27-də keçirilməlidir. Bununla belə, ehtimal olunurdu ki, əvvəlki bir çox çağırışlarla analogiyaya əsasən, Knessetin hazırkı tərkibi mandatı başa çatmazdan əvvəl işini dayandıracaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:10 / 12.07.2026
İsraildə parlament seçkilərinin tarixi açıqlandı
Hazırda oxunan: İsraildə parlament seçkilərinin tarixi açıqlandı
Hazırda oxunan: İsraildə parlament seçkilərinin tarixi açıqlandı
624876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































