Zelenski Rusiya ilə görüşdən DANIŞDI – “Biz belə taktikaları qəbul etmirik” 

Hazırda oxunan: Zelenski Rusiya ilə görüşdən DANIŞDI – “Biz belə taktikaları qəbul etmirik” 

62475

“Ukrayna və Rusiya arasında danışıqlar ərazimizin, şəhərlərimizin bombalanması və atəşə tutulması fonunda gerçəkləşib”.  

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna və Rusiya arasında gedən danışıqları şərh edərkən bildirib.  

“Rusiya tərəfinin təşəbbüsü ilə Görüş zamanı şəhərlərimizin bombalanmasının sinxronlaşdırılması olub. Rusiya bu qədər sadə yolla təzyiq göstərməyə çalışır. Biz belə taktikaları qəbul etmirik. Ədalətli danışıqlar o zaman ola bilər ki, bir tərəf qarşı tərəfi raket artilleriyası ilə vurmasın”, - deyə dövlət başçısı qeyd edib.  

Cəmi bir gündə paytaxt Kiyevə 3 raket hücumu edildiyini vurğulayan Zelenski, Rusiya qüvvələrinin şəhərin elektrik enerjisini kəsməyi planlaşdırdığını bildirib.  
O, görüş barədə istənilən nəticənin əldə edilmədiyini söyləyib.  

Ölkə başçısının sözlərinə görə, Ukrayna nümayəndə heyəti Kiyevə qayıdandan sonra təhlillər aparacaq və danışıqların ikinci hissəsinin necə keçəcəyinə qərar verəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO