Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

Hazırda oxunan: Madyar Macarıstan Prezidentini hədələdi: “5 gün vaxtı var”

624711

Macarıstan Prezidenti Tamaş Şuyoka istefa verməsini tələb edən konstitusiya düzəlişini imzalamayacağı təqdirdə impiçment təhlükəsi yarana bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Parlament konstitusiyaya 17-ci düzəlişi qəbul edəcək. Prezidentin onu imzalaması üçün beş gün vaxtı olacaq. Əgər o, bunu etməsə, ona qarşı impiçment proseduruna başlanıla bilər", - deyə hökumət başçısı yazıb.

Madyar əlavə edib ki, deputatlar konstitusiya dəyişikliyi ilə bağlı səsverməni bazar ertəsi, iyulun 12-də keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Madyar Şuyoku mayın 31-nə qədər könüllü olaraq istefa verməyə çağırmışdı.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşünün yekunlarına əsasən, Macarıstanın Baş naziri dövlət başçısını tənqid edib və ona xatırladıb ki, əgər o, bu qərarla razılaşmasa, yeni hökumət onu müstəqil şəkildə vəzifəsindən uzaqlaşdırmağa çalışa bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO