Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

Hazırda oxunan: Almaniyada yanacaqdoldurma məntəqəsinə BASQIN – 24 yaşlı azərbaycanlı saxlanıldı

624626

Almaniyanın Bavariya əyalətinin Landshut rayonunda (Ergoldinq qəsəbəsi) yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən 24 yaşlı Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Bizim.Media “Presse Augsburg” nəşrinə istinadən xəbər verir ki, üzünü yaylıqla gizlədən 24 yaşlı azərbaycanlı axşam saat 22:00 radələrində  yanacaqdolurma məntəqəsinə daxil olub.
 

O, əlindəki bıçaqla işçini hədələyərək kassaya hücum edib və bir neçə min avro (dəqiq rəqəm açıqlanmayıb – red.) nağd pul oğurlayıb. Soyğunçu cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq uzaqlaşıb. Hadisə zamanı xəsarət alan olmayıb.


Soyğundan sonra yerli polis hərəkətə keçib və cəmi 2 saat sonra axtarışlar uğurla başa çatıb.
Saxlanılan azərbaycanlı gənc barəsində "ağır soyğunçuluq" maddəsi ilə təcili həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO