Ukraynadan təxliyə olunmaq istəyən azərbaycanlıların SİYAHISI hazırlanır 

Hazırda oxunan: Ukraynadan təxliyə olunmaq istəyən azərbaycanlıların SİYAHISI hazırlanır 

62396

Müharibənin ilk günündən Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının, soydaşlarımızın təxliyəsi üçün siyahı hazırlanır. Ən çox müraciət Kiyev, Xarkov, Odessa, Dnepr şəhərlərindəndir.  

Bu barədə Bizim.Media-ya Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. 

Məlumata görə, hazırda səfirlik təhlükəsizlik üçün vətəndaşlarımızın olduqları yerdə qalmalarını tövsiyə edir. Çünki yollarda təhlükəsizlik problemi var. Ancaq paralel olaraq təxliyə prosesləri gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkə də Ukraynanı tərk edən soydaşlarımızı qəbul edəcək


“Ukraynada əsas problem nəqliyyat və benzin ilə bağlıdır. Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor fəalları, SOCAR, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu, Türkiyənin Azərbaycandakı səfirliyi koordinasiyalı şəkildə işləyir. Hazırda 1000-dən çox insan təxliyə olunmaq üçün səfirliyə müraciət edib. Təhlükəsizliyə zəmanət verildiyi halda, təxliyə prosesinə başlanılacaq”, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO