"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Hazırda oxunan: "250 milyard dollar var, amma xərcləyə bilmirik"

623944

“NATO-ya üzv olan Avropa ölkələri və Kanada hərbi büdcələrini əhəmiyyətli dərəcədə artırsalar da, ayrılan vəsaitlərin hamısını xərcləyə bilmirlər. Müdafiə sənayesi kompleksi müəssisələri istehsal güclərini tələbata uyğun artırmağa çatdırmırlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən mətbuat konfransında çıxış edib. 

Mark Rütte vurğulayıb ki, alyansın Avropa qanadına daxil olan ölkələr və Kanada blokun müdafiə ehtiyacları üçün artıq əlavə olaraq 250 milyard dollar vəsait ayırıblar. Lakin mövcud şəraitdə bu pulların real silaha və hərbi texnikaya çevrilməsi prosesi olduqca çətin keçir.

Baş katib hərbi zavodların sifarişləri çatdıra bilməməsindən narahatlığını belə ifadə edib:

"Biz bu vəsaitlərdən səmərəli istifadə etmək imkanları baxımından artıq maksimum həddə, pik nöqtəyə çatmışıq. Çünki bu pulları bir-iki il ərzində hara və necə xərcləyə biləcəyimizlə bağlı obyektiv bir limit, istehsalat maneəsi mövcuddur".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO