İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

Hazırda oxunan: İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

623811

İsrailin dövlət qurumları və İT şirkətləri 2026-cı ilin əvvəlindən bəri "Cavern Manticore" adlı yeni haker qrupunun hədəfinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin kibertəhlükəsizlik şirkəti "Check Point" məlumat yayıb.

Tədqiqatçıların qənaətinə görə, qrup şəbəkələrə gizli şəkildə sızmaq üçün mürəkkəb modul infrastrukturundan istifadə edir. Onlar kiberhücumları həyata keçirmək üçün qanuni uzaqdan idarəetmə və proqram təminatının yenilənməsi alətlərindən yararlanırlar.
 

"Check Point" mütəxəssisləri vurğulayırlar ki, "Cavern Manticore"un istifadə etdiyi metodlar İranın Kəşfiyyat Nazirliyi ilə əlaqəli olduğu bildirilən "Muddywater" və "Lyceum" qruplarının fəaliyyətinə çox bənzəyir.


Ekspertlər qeyd edirlər ki, hakerlərin hücumlarının ABŞ-ın İrana qarşı başlatdığı hərbi kampaniya fonunda intensivləşməsi onların yüksək koordinasiyalı və dəqiq hərəkət etdiklərini təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO