Kondisioner siyasi alətə necə ÇEVRİLDİ?

Kondisioner siyasi alətə necə ÇEVRİLDİ?

Hazırda oxunan: Kondisioner siyasi alətə necə ÇEVRİLDİ?

623579

Avropada anomal istilər fonunda siyasi böhran yaranıb. Belə ki, kondisioner quraşdırılması siyasi debatlarda əsas müzakirə mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, son həftələrdə Avropa ölkələrində hakim koalisiyalara qarşı ciddi ittihamlar irəli sürülür. Hakim partiyalar ekoloji və yaşıl enerji bəhanəsi ilə evlərdə kondisionerlərin quraşdırılmasına süni maneələr yaratmaqda təqsirləndirilir.

"İqlim isteriyası insanları qurban verir"

Almaniyada iyunun 28-də qeydə alınan tarixi temperatur rekordundan (41,7°C) dərhal sonra, sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının rəsmi nümayəndəsi Mark Bernhard sərt bəyanatla çıxış edib. O, AfD-nin mövcud iqlim ideologiyasına görə "insanları qurban verməyi" dayandıracağını bildirib: "Hökumətin iqlim isteriyası tikintidə ideoloji səhvlərə, o cümlədən kondisionerdən imtinaya və bunun nəticəsində istiliklə bağlı ölüm hallarının kəskin artmasına yol açır".

Analoji vəziyyət Fransada da yaşanır. Əvvəllər enerjiyə qənaət edən binaların təmirinə qarşı çıxan və külək turbinlərinin tikintisini əngəlləməyə çalışan sağçı "Milli Assambleya" partiyası hazırda kondisioner təminatını özünün əsas siyasi prioriteti elan edib.

ABŞ modeli və İlon Maskın reaksiyası

"The Guardian" qeyd edir ki, ABŞ-da da rekord istilər müşahidə olunsa da, orada ev təsərrüfatlarının təxminən 90%-i soyutma sistemləri ilə təchiz edilib. ABŞ-ın nəhəng texnologiya şirkəti "Stripe"-ın baş direktoru Patrik Kollisonun sosial şəbəkədə paylaşdığı "Avropalıların sadəcə kondisioner quraşdırması lazımdır, amerikalıların yay fəslinə yanaşması tamamilə doğru idi" fikri qitədəki müzakirələri daha da alovlandırıb. Bu paylaşım 20 milyondan çox baxış toplayıb və milyarder İlon Mask tərəfindən təkrar paylaşılıb (retweet edilib).

Avropa niyə kondisionersiz qalıb?
 

Qeyd edək ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus iqlim dəyişikliyi fonunda Avropanın qlobal orta göstəricidən iki dəfə sürətlə qızdığını və anomal istilərin artıq hər il təkrarlanacağını bəyan edib. İyunun sonunda Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniyada "qırmızı" təhlükə səviyyəsi elan olunub.


"Bloomberg" agentliyinin hesabatına görə, bu böhran fonunda Avropada Çin istehsalı olan mobil kondisionerlərə tələbat pik həddə çatıb. Beynəlxalq Enerji Agentliyinin rəqəmlərinə əsasən, Avropada evlərin cəmi 20%-ində kondisioner var. Mütəxəssislər qeyd edirlər ki, kondisionerlərin azlığı Avropa ölkələrində tarixi binaların qorunması və fasadların dəyişdirilməsinə qoyulan sərt hüquqi məhdudiyyətlərlə bağlıdır. Bu səbəbdən əhali kütləvi şəkildə daşına bilən (portativ) soyutma cihazlarına üz tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO