Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

Hazırda oxunan: Tramp Marsla bağlı planını açıqladı: Yaxın zamanda ora gedəcəyik - VİDEO

623331

ABŞ yaxın vaxtlarda Marsa pilotlu uçuş həyata keçirə biləcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Biz çox yaxın zamanda Marsa gedəcəyik", - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, əvvəlcə Ay missiyası həyata keçiriləcək, daha sonra isə Marsa uçuş reallaşdırılacaq.

"Fikrimcə, biz Aya çatacağıq və bundan sonra irəliləyəcəyik. Sonra isə Marsa yollanacağıq", - deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin xatırladıb ki, onun prezidentliyinin ilk dövründə administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri yaradılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO