Melaniyanın Putinlə gizli yazışması üzə çıxdı

Melaniyanın Putinlə gizli yazışması üzə çıxdı

Hazırda oxunan: Melaniyanın Putinlə gizli yazışması üzə çıxdı

623223

ABŞ-ın birinci xanımı Melaniya Trampın Rusiya Prezidenti Vladimir Putinlə gizli yazışması üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə məşhur “The Telegraph”məlumat yayıb.

Nəşrin məlumatına görə,  xanım Tramp rəsmi Moskvanı Ukrayna müharibəsində didərgin düşmüş uşaqların dərhal valideynlərinə qaytarılmasını istəyib və artıq 20 uşaq Ukraynaya- valideynlərinin yanına qayıdıb.

"Müharibə nəticəsində didərgin salınan bu uşaqlar haqqında məlumat və görüntülər ona həqiqətən pis təsir etdi"-deyə  xanım Trampın baş məsləhətçisi Mark Bekman bildirib.

O, əlavə edib ki, Melaniya bu məsələyə çox həssasdır və mümkün qədər çox uşağı ailələrinə qaytarmaq üçün çalışır".

Xəbərlərə görə, Birinci Xanımın ofisi bu məsələdə Dövlət Departamenti vasitəsilə ənənəvi diplomatik kanallarla işləmir, birbaşa ABŞ rəhbərliyi adından çıxış edir.

Amerikalı tədqiqatçılarının rəyinə görə Ukraynalı uşaqları Rusiyada hərbi təlimlərə cəlb edilir. Eyni zamnda onlar dron hücumları daha çox ehtimal olunan ərazilərdə saxlayırlar. Qısa zamanda 210-dan çox belə yer müəyyən edilib.

Rəsmi Kiyevsə bu vaxtadək ən azı 19 min uşağın kütləvi deportasiyaya məruz qaldığını bildirib. Və Birləşmiş Millətlər Təşkilatından bunu soyqırımı kimi tanınmasını istəyib.

Nəşr həmçinin ABŞ prezidenti Donalt Trampın Rusiyanın Ukrayna şəhərlərini gündəlik bombalamağa davam etdiyi bir vaxtda həyat yoldaşını Putinin sülh danışıqları barədə fikirlərini ciddiyə almamağa çağırdığını bildirib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO