Ukrayna Rusiyanın itkilərini açıqladı: 29 təyyarə, 29 vertolyot, 191 tank...

Hazırda oxunan: Ukrayna Rusiyanın itkilərini açıqladı: 29 təyyarə, 29 vertolyot, 191 tank...

62308

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da yazıb.

Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.

Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO