Ukraynanın xarici işlər naziri də yandırılan “Mriya” təyyarəsi haqda danışdı

Hazırda oxunan: Ukraynanın xarici işlər naziri də yandırılan “Mriya” təyyarəsi haqda danışdı

62244

Xəbər verdiyimiz kimi, Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində Ukrayna istehsalı olan dünyada ən böyük və güclü AN-225 “Mriya” təyyarəsi yandırılıb.

Bu barədə “Radio Svoboda”ya Antonov müəssisəsindəki iki məlumatlı mənbə bildirib və informasiyanı Buça şəhərinin meri təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu olaya münasibət bildirib.

Onun sözlərinə görə, bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” (Ukrayna dilində “Arzu") idi. Rusiya bizim “Mriya”mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər”, deyə o, qeyd edib.

Nazir fikrini “Biz qalib gələcəyik!” sözləri ilə tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO