Məşhur Bekhemlər ailəsindəki daxili böhran yeni müstəviyə qədəm qoyub. Devid və Viktoriya Bekhemin böyük oğlu, 27 yaşlı Bruklin öz doğma ailəsi ilə əlaqələrini tamamilə kəsdiyi bir vaxtda, milyarder qaynatası Nelson Pelts ilə olan yaxınlığını nümayişkaranə şəkildə qabartmağa başlayıb.
Bizim.Media xəbər verir ki, Bruklinin həyat yoldaşı Nikola Pelts sosial şəbəkələrdə əri ilə 84 yaşlı atası Nelson Peltsin birlikdə fermer bazarında alış-veriş edərkən çəkilmiş səmimi görüntülərini paylaşıb.
Bu görüntülər, Bruklinin artıq bir ildən çoxdur ki, öz doğma valideynləri ilə heç bir şəkildə ünsiyyət saxlamadığı bir dövrə təsadüf edir.
Ötən həftə qaynatasının ad gününü ictimaiyyətə açıq şəkildə təbrik edən Bruklin, ona olan sevgisini bu sözlərlə ifadə edib:
"Ad günün mübarək, Nelson! Səni çox sevirəm. Dünyanın ən yaxşı qaynatası olduğun üçün təşəkkür edirəm". Maraqlıdır ki, bu təbrikdən cəmi bir həftə əvvəl — "Aatalar günü"ndə Bruklin öz doğma atası Devid Bekhemi tamamilə görməzdən gəlib və onu təbrik etməyib.
İnsayderlərin "The Sun" nəşrinə verdiyi məlumata görə, Devid və Viktoriyanın "Atalar günü"ndə Bruklinin arxiv şəklini paylaşaraq barışıq addımı atması gənc oğlanı bərk qəzəbləndirib.
Bruklin valideynlərindən onun adını birdəfəlik unutmaları tələb edib:
"O, çox qəzəblidir. Bruklin artıq onlardan məni rahat buraxmalarını xahiş etmişdi, lakin onlar hələ də onun şəkillərini paylaşmağa davam edirlər. O, valideynlərinin bu mövzunu birdəfəlik bağlamasını istəyir", — deyə mənbə bildirib.
Qeyd edək ki, ailə daxilindəki gərginlik ötən ilin Milad bayramı ərəfəsində pik həddə çatıb.
Bruklin valideynlərini "Instagram"da bloklayıb, onun vəkilləri isə Bekhemlər ailəsinə rəsmi xəbərdarlıq göndərərək, hər hansı bir ünsiyyətin yalnız hüquqi nümayəndələr vasitəsilə aparılmalı olduğunu tələb ediblər.
Münasibətləri tamamilə pisləşdirən sonuncu hadisə isə Bruklinin "DoorDash" çatdırılma xidməti üçün çəkildiyi iki seriyalı reklam çarxı olub. Şayiələrə görə, gənc Bekhem bu layihədən təxminən 1 milyon dollar qazanıb.
Reklamın tizerində Bruklin kameraya gülümsəyərək deyir:
"Yəqin maraqlanırsınız ki, mən niyə DÇ-2026-nı (Dünya Çempionatını) stadionda deyil, evdə izləyirəm?.. Bu, uzun hekayədir". İctimaiyyət və ailəyə yaxın şəxslər bu ifadəni onun əfsanəvi futbolçu olan atası Devid Bekhemə qarşı birbaşa və amansız bir lağlağı kimi qiymətləndiriblər.
Bekhem ailəsinin dostları Devid və Viktoriyanın bu reklam çarxından sonra mənəvi olaraq tamamilə sarsıldıqlarını bildirirlər:
"Ailə ilə münasibətlərin qırılmasını sanki bir zarafatmış kimi qabardıb bunun üzərindən reklam pulları qazanmaq — şok effekti yaradır. Xüsusilə də bunu sakitlik və gizlilik tələb edən bir insanın etməsi anlaşılan deyil", — deyə insayder qeyd edib.
Xatırladaq ki, cari ilin yanvar ayında Bruklin Bekhem rəsmi olaraq "Bekhem Brendi"ndən çıxdığını bəyan edən sərt bəyanat yaymışdı. O, valideynlərini onun şəxsi həyatına və evliliyinə total nəzarət cəhdlərində ittiham edərək, onların davranışlarını "ictimaiyyətə yönəlmiş saxtakarlıq" adlandırmışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:38 / 30.06.2026
Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO
Hazırda oxunan: Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO
Hazırda oxunan: Ailəsindən küsən Bruklin Bekhem milyonlar qazanır – VİDEO
622321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































