Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Hazırda oxunan: Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

622159

“Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?”

Bizim.Media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar:

“Çünki, birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyəti yoxdur.

İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi.

Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar”.

Politoloq əlavə edib ki, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:

“Qazaxıstan MN yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO