Xarkovda rusiyalı hərbçilər əsir götürüldü – FOTO

Hazırda oxunan: Xarkovda rusiyalı hərbçilər əsir götürüldü – FOTO

62209

Xarkovda bir qrup rusiyalı hərbçi əsir götürülüb. Onlar tam tükənmiş və ruhdan düşmüş vəziyyətdədirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Xarkov hərbi-mülki administrasiyasının rəhbəri Oleq Sinequbov özünün “Telegram” səhifəsində bildirib.

O, qeyd edib ki, rusiyalı hərbçilərin öz mərkəzi komandanlıqlarıyla heç bir əlaqəsi yoxdur. Onların nə edəcəklərini bilmirlər.

“Ukraynaya hücum başlayandan onlara yemək və su verilmir, texnikalarının yanacaq ehtiyatı yoxdur. Rus döyüşçüləri mövqelərini tərk edərək dinc əhalinin arasında gizlənməyə çalışır, insanlardan paltar və yemək istəyirlər”, - deyə o bildirib.

Sinequbov Xarkov vilayətinin sakinlərini diqqətli olmağa, yad adamlara qapı açmamağa, rusiyalı hərbçilərə gizlənməyə kömək etməməyə çağırıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO