Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

Hazırda oxunan: Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

621966

Slovakiyanın Baş naziri Robert Fitso Ankarada keçiriləcək növbəti NATO sammitində rəsmi Bratislavanın Ukraynaya yeni hərbi və ya maliyyə yardımlarının ayrılması ilə bağlı qərarları dəstəkləməyəcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, hökumət başçısının sözlərinə görə, Slovakiya nümayəndə heyəti Alyansın iclasına bu tipli təşəbbüsləri təsdiqləmək mandatı olmadan yollanacaq.
R.Fitso vurğulayıb ki, Slovakiya "Ukraynanın hərbi xərclərini ödəmək niyyətində deyil".

O əlavə edib ki, münaqişənin gələcək eskalasiyası (gərginləşməsi) daha genişmiqyaslı qlobal müharibəyə səbəb ola bilər.
 

Qeyd edək ki, beynəlxalq media resurslarının yaydığı məlumatlara görə, iyulun 7-8-də Ankarada təşkil olunacaq NATO sammitində Ukraynaya 70 milyard avro məbləğində növbəti yardım paketinin ayrılması məsələsinin müzakirəsi planlaşdırılır.


Lakin alyans daxilindəki fikir ayrılıqları fonunda sammitin yekun bəyannaməsinin mətnində hələ dəyişikliklərin edilə biləcəyi istisna olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO