Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Hazırda oxunan: Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

621913

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin zəifləməsini və nüvə proqramının məhv edilməsini əsas gətirərək, ABŞ-nin İranla danışıqlarda "hər bir halda qalib gəldiyini" bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

ABŞ-nin HBO telekanalında yayımlanan "Real Time with Bill Maher" proqramında çıxış edən Vens qeyd edib:
 

"Əgər yekun saziş bağlasaq – əla. Bağlamasaq da – onların nüvə proqramı onsuz da məhv edilib, ölkə isə xeyli zəifləyib. Ona görə də mənim mövqeyim belədir: Amerika hər bir halda qazanır".


Bununla belə, Vens ABŞ Prezidenti Donald Tramp ilə İran Prezidenti Məsud Pezeşkiyan arasında 60 günlük anlaşma memorandumu çərçivəsində əldə olunan atəşkəs və danışıqlar prosesinin mürəkkəb olaraq qaldığını etiraf edib. Onun sözlərinə görə, iranlılarla iş apararkən proses həmişə bir qədər xaotik olacaq.

O, həmçinin bəyan edib ki, əgər Tehran uzunmüddətli perspektivdə nüvə ambisiyalarından imtina edərsə, ABŞ İranla münasibətlərin dərin transformasiyasına hazırdır. Əks halda, onun sözlərinə görə, bütün üstünlüklər ABŞ-nin əlində qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO