Azərbaycanlı gənc Ukraynada 15 ailəni ölümdən xilas etdi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı gənc Ukraynada 15 ailəni ölümdən xilas etdi – FOTO/VİDEO

62190

Xəbər verdiyimiz kimi, Kiyev şəhərinin yaxınlığında yerləşən Qostomel yaşayış məskənində bu gün səhər gərgin döyüşlər gedib.

Nəticədə yerli əhali, əsasən qadın və uşaqlar hava zərbələrindən qorunmaq üçün zirzəmilərdə gizlənib. Ancaq 15 ailə belə fürsətdən yararlana bilməyiblər.

Onların həmin ərazilərdə yerləşdirilməsində, sonradan isə təhlükəsiz yerlərə aparılmasında Ukraynada yaşayan azərbaycanlılar yardımçı olub.

Bizim.Media bununla bağlı Ukraynadan video və foto əldə edib.

Bəlli olub ki, 15 ukraynalı ailənin Kiyevdən 300 km aralıda yerləşən Rovno şəhərinə aparılmasında, onların lazımı əşyalar və qida ilə təmin edilməsində Aman Mövlanov adlı azərbaycanlı fəallıq göstərib.

Bizim.Media

 

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO