İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Hazırda oxunan: İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

621886

İran şənbə günü səhər erkən saatlarda bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə Bəhreyn ərazisinə hücum edib.

Bizim.Media "Bahrain News Agency" nəşrinə istinadla xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 

 “Xarici İşlər Nazirliyi bu gün, 27 iyun şənbə günü sübh çağı, Bəhreyn Krallığı ərazisinə bir neçə İran pilotsuz uçuş aparatının tətbiqi ilə törədilən hücumu qətiyyətlə pislədiyini ifadə edir”, - nazirlikdən bildirilib.


Bununla yanaşı, nazirlik “sülh təşəbbüslərinə zərbə vurulmasına” görə məsuliyyəti İslam Respublikasının (İranın) üzərinə qoyub.

Qeyd edək ki, iyunun 26-da ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham edib. Onun sözlərinə görə, Tehran boğazdakı gəmilərə qarşı ən azı dörd kamikadze-dron buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO