Zelenski Rusiyaya danışıqlar üçün Bakını təklif etdi

Hazırda oxunan: Zelenski Rusiyaya danışıqlar üçün Bakını təklif etdi

62169

Xəbər verdiyimiz kimi, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib. Bu informasiyanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.

Onun sözlərinə görə Belarusda ukraynalılarla danışıqlar aparan Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Rusiya Federasiyasının digər idarələrinin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil edilib.

Ukrayna prezidenti Volodimir Zelenski bu olaya öz münasibətini bildirib. 

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Kiyev Belarusda danışıqlara o vaxt razı olar ki, bu ölkə hərbi əməliyyatlarda iştirak etməsin.

“Ancaq biz Varşava, İstanbul, Bakını danışıqlar üçün Rusiyaya təklif etdik, çünki bu şəhərlərdən Ukraynaya raket uçmur”, deyə o, qeyd edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO